Ötən gün Azərbaycan Ordusunun cavab zərbələri nəticəsində yaralanan 3 erməni hərbçidən ikisinin vəziyyəti ağırdır.
Bu barədə Tert.am-a Xankəndi hərbi hospitalından bildiriblər: "Başından yaralanan hərbçinin vəziyyəti kritik ağır olaraq qalır".
İkinci erməni hərbçinin vəziyyəti də ağır olaraq qiymətləndirilir.
"Tənəffüs cihazına bağlanan 3-cü hərbçinin vəziyyətində heç bir dəyişiklik yoxdur. O, ayaq nahiyyəsindən yaralanıb".
Xatırladaq ki, dünən Azərbaycan ordusunun cavab zərbələri nəticəsində 3 erməni hərbçi - Robert Novruz Qasparyan (1969-cu il), Hambardzum Karapet Harutyunyan (1997-ci il) və Vahe Qaqik Bağdalyan (1998-ci il) yaralanıb. Düşmən tərəfi çox saylı itkilər versə də, bunu gizlətməyə çalışır./azvision.az
İcmal.Az