2018-ci ildə Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəlinin yandırılma mərasimi Olimpiyada (Yunanıstan) baş tutub.
Ənənəyə uyğun olaraq mərasim qədim məbəddə keçirilib, alov isə günəş şüalarından yandırılıb. Məşəlin ilk daşıyıcısı yunan xizəksürən Apostopolos Angelis olub.
Məşəl bir həftə ərzində Yunanıstanın müxtəlif şəhərlərini gəzəcək, oktyabrın 31-i isə "Pxençxan-2018”-in Təşkilat Komitəsinin nümayəndəsinə təhvil veriləcək./oxy
İcmal.Az