Zambiyada sərnişin avtobusu aşıb: Ölən və xəsarət alanların sayı açıqlanıb

OXUNUB: 887 DÜNYA

Zambiyada sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Paytaxt Lusaka şəhərindən ölkənin şərq bölgəsi istiqamətində hərəkət edən avtobus aşıb.

İlkin versiyaya əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 3 yeniyetmə, 6 kişi və 8 qadın həyatını itirib. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir./apa

 İcmal.Az


RƏYLƏR