Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: 2 ölü, 36 yaralı

OXUNUB: 808 DÜNYA
Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir. /Trend
 
İcmal.Az

RƏYLƏR