18 yaşlı tələbə ABŞ-da mer seçildi

OXUNUB: 191 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Arkanzas ştatının Erl şəhərində ikinci tura keçən mer seçkilərinin nəticələri açıqlanıb. Universitet tələbəsi 18 yaşlı Ceylen Smit 235 səslə şəhərin yeni meri seçilib. ABŞ-ın ən gənc bələdiyyə başçılarından biri seçilən Smit həm də Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvü oldu. Assosiasiyanın icraçı direktoru Phyllis Dickerson, Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvünün 35 yaşlı Klivlend meri Castin Bibb olduğunu söylədi. Erl Liseyini bitirən və Arkanzas Dövlət Universitetində təhsilini davam etdirən Smit ictimai təhlükəsizlik və yeni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirəcəyini bildirib.

7NEWS.az

RƏYLƏR