2 universitet bitirən azərbaycanlı şirkət rəhbəri küçələrdə yatır: Səbəb sizi dəhşətə gətirəcək

OXUNUB: 1476 SOSİAL
Sosial şəbəkələrdə müzakirələrə səbəb olan foto yayılıb.

İcmal.Az xəbər verir ki, fotoda 2 universitet bitirən, şirkət rəhbəri olan, lakin kredit ucbatından hazırda küçələrdə yaşamağa vadar olan 62 yaşlı Arif Əliyev yer alıb.

Məlumata görə, dostu onun adına kredit götürərək ölkədən qaçıb, nəticədə borcları ödəmək məcburiyyətində qalan Arif Əliyev əlindəkilərin hamısını itirib:

"Şəkildə gördüyünüz bu şəxsin adı Əliyev Arif Lətif oğludur. 62 yaşı var. Göygöl rayonundandır. İki dəfə ali təhsil alıb. Moskva Rejissorluq Universiteti və Kiyevdə Xarici İşlər Akademiyasını bitirib. Moskvada dövlət müəssisələrində işləyib. 3 il bundan öncəyə qədər Yunanıstanda özünün yaratdığı şirkət rəhbəri olub. Sonradan tanış olduğu dostu ilə birlikdə bu şirkəti idarə etmək onun üçün baha başa gəlib.

Dostu banklardan külli miqdarda onun adına kredit götürərək qaçıb. Adam kredit borclarını qaytarmaq üçün evlərini, maşınını varını, dövlətini satıb. Deyir, Allahıma şükürlər olsun ki, vaxtında Yunanıstanda həyat yoldaşımın adına ev və maşın almışam. Müflisləşəndən sonra həyat yoldaşı uşaqlarını da götürüb bunu tərk edib.

İndi adam 3 ildir ki, küçələrdə yaşayır. Heç kimi də yoxdur. Bir neçə gün bundan əvvəl Tbilisi prospektində yaşadığı küçədə onun sənədləri, əmək kitabçası, diplomları və digər bütün sənədləri oğurlanıb. Şəkər xəstəsidir. Ayağının biri şişib və işləmir deyə, ayaqüstə durub yeriyə bilmir.

Onun köməyə ehtiyyacı var. Bu dayını sığınacaqda, qocalar evində yerləşdirmək lazımdır. Deyir, həyata bütün həvəsim sönüb və ümidlərim qırılıb deyə, bu günə qədər qocalar evinə getməyə əhəmiyyət verməmişəm".

Qeyd: Tbilisi prospektində "Qaçqınkom"un binası ilə üzbəüz yerüstü keçidin yanındakı küçədə yaşayır.
 

İcmal.Az

RƏYLƏR