31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni
il münasibətilə, eləcə də velosiped idman növünə marağı artırmaq məqsədilə V,
VI və VII sinif şagirdləri üçün Azərbaycan Velosiped İdmanı Federasiyası və
"İSMA" velosiped zavodunun birgə təşkilatçılığı, Bakı şeher Tehsil
İdaresi ve IB klubun dəstəyi ilə dekabr ayının 21-dən 30-dək Respublika
Velotrekində yerləşən Velosiped Muzeyi, "İSMA” velosipedlərinin Sərgi-Satış Mərkəzi,
velosiped treki, BMX stadionu, idmançıların təlim-məşq şəraitləri ilə tanışlığa
və Azərbaycan tarixi, vətənpərvərlik, o cümlədən velosiped idmanına aid
suallardan tərtib olunmuş Yeni İl Olimpiadasına start verdi.
Respublika Velotreki ilə tanışlığın son günü - 30 dekabr tarixində bilik
olimpiadasinda yüksək nəticə göstərmiş şagirdlər üçün final mərhələsi keçiriləcək
və qaliblərə federasiya tərəfindən diplom, "İSMA” zavodunun istehsalı olan
velosiped hədiyyə ediləcək. Dəstəyə görə dostum Faud Rəsula təşəkkür edirəm.