Serbiya, Avstriya və Macarıstan immiqrasiyaya qarşı birgə mübarizə aparacaq

OXUNUB: 214 Özəl DÜNYA
Son dövrlərdə artan qeyri-qanuni immiqrant axınına qarşı birlikdə mübarizə aparmağa qərar verən Serbiya, Avstriya və Macarıstan mövzu ilə bağlı anlaşma memorandumu imzalayıb. Macarıstanın Baş naziri Orban, "Mühacirlər keçmək üçün şans gördükləri sərhədləri keçirlər. Biz onlara sərhədlərimizi keçə bilməyəcəklərini göstərməliyik" dedi.

7NEWS.az xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiçin ev sahibliyi ilə Avstriyanın baş naziri Karl Nehammer və Macarıstanın baş naziri Viktor Orban paytaxt Belqradda qeyri-qanuni mühacirlərlə qeyri-qanuni miqrasiya ilə mübarizə məsələsini müzakirə ediblər.
İki saat davam edən görüşdən sonra qeyri-qanuni immiqrasiya ilə mübarizə ilə bağlı anlaşma memorandumu imzalayan liderlər birgə mətbuat konfransı keçirib.

7NEWS.az

RƏYLƏR