ASAN könüllülərindən növbəti səhnə işi!

OXUNUB: 327 GÜNDƏM Özəl SOSİAL
"ASAN Könüllüləri” Təşkilatının "Mədəniyyət Carçısı” proqramı çərçivəsində ictimai xadim, dramaturq Cəlil Məmmədquluzadənin "Ölülər” pyesi əsasında tamaşa nümayiş olunub.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tamaşa Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində gerçəkləşib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və digər qonaqlar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tamaşanın nümayişindən sonra könüllülər təltif ediliblər və xatirə şəkli çəkdirilib.

Ulu öndər Heydər Əliyevin ən sevdiyi əsərlərdən biri olan "Ölülər”in səhnələşdirilməsində 24 ASAN könüllüsü iştirak edib.
 



 

RƏYLƏR