Xızıda 41 yaşlı kişini at vurub.
İcmal.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Xızı rayon sakini Hüseynov Osman Əliyar oğlunu at vuraraq ağır yaralayıb. O, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan O.Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
İcmal.Az