50 ölkə Çindən Uyğur türklərinin azad edilməsini tələb edib

OXUNUB: 229 Özəl DÜNYA
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Sincan-Uyğur Muxtar Bölgəsində "ağır və sistematik" insan haqları pozuntularını pisləyib və Çini "azadlığından özbaşına məhrum edilmiş hər kəsi" azad etməyə çağırıb.

7NEWS.az xəbər verir ki, Baş Assambleyanın sessiyasında Kanada tərəfindən oxunan və 50 ölkə tərəfindən imzalanan mətndə deyilir: "Biz Çin Xalq Respublikasındakı insan haqlarının vəziyyətindən, xüsusən də Uyğur türklərinin və digər müsəlman azlıqların hüquqlarının pozulmasından dərin narahatıq”. 
ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa, Avstraliya, İsrail, Türkiyə, Qvatemala və Somali də daxil olmaqla, 50 ölkə tərəfindən "Bu cür ciddi və sistematik insan hüquqları pozuntularına terrorla mübarizə zəminində haqq qazandırmaq olmaz” bildirilib.

Bu ölkələr Pekini BMT-nin İnsan Haqları üzrə Ali Komissiyasının "Sincanda özbaşına azadlıqdan məhrum edilmiş bütün şəxslərin azadlığa buraxılması və itkin düşənlərin taleyinə təcili aydınlıq gətirilməsi üçün təcili tədbirlər görülməsini” ehtiva edən tövsiyələrini yerinə yetirməyə çağırıb.

7NEWS.az

RƏYLƏR