9 ayda 15 ölkəni piyada gəzən şəxs İranda SAXLANILDI

OXUNUB: 260 Özəl DÜNYA
İspaniyadan Qətərə piyada gedən və dünya çempionatını izləməyi hədəfləyən ispan azarkeş Santyaqo Sançes İranda saxlanılıb. Sançesin saxlanmasının səbəbi məlum deyil.

7NEWS.az xəbər verir ki, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün Madriddən Dohaya piyada gedən Sançez oktyabrın 1-də "İnstaqram” hesabından bir müddət əvvəl paylaşım edib. Oktyabrın 1-də yazdığı yazıda Sançes Şimali İraqda sonuncu kənddə olduğunu və İrana daxil olmaq üzrə olduğunu bildirib. Dohadan əvvəl son dayanacaqlarının İran olduğunu bildirən azarkeşlərdən oktyabrın 2-dən xəbər tutmaq mümkün olmayıb. 41 yaşlı Sançesin Tehranda həbsdə olduğu üzə çıxıb. İspaniya Xarici İşlər Nazirliyi təfərrüat vermədən İranla əlaqə saxladıqlarını açıqlayıb. Sançesin saxlanmasının səbəbi hələlik məlum deyil.


RƏYLƏR