"Düz 4 ildir ki, şirkət məni aldadır. Nə pulumu, nə evimi verir, kirayələrdə qalmışam”. Reportyor.info xəbər verir ki, bu sözləri söyləyən Pərvanə Dadaşova "AAAF” MMC tikinti firması tərəfindən aldadıldığını iddia edir.
Onun sözlərinə görə, 2016-cı ildə "AAAF” MMC ilə müqavilə bağlayıb, kreditlə mənzil götürüb. P.Dadaşova sevinib ki, kirayələrdən canı qurtaracaq, mənzil sahibi olacaq.
Amma sevinci çox çəkməyib, bir müddət sonra şirkətin onu aldatdığı aydınlaşıb. Şikayətçi qeyd edir ki, "AAAF” MMC heç bir öhdəliyi yerinə yetirməyib və tikinti getmir və 4 ildir ona kreditlə götürdüyü mənzil təhvil verilmir.
"Hər dəfə şirkətə yaxınlaşanda müxtəlif bəhanələr gətirilir. Gah deyirlər ki, rəhbərlik dəyişib, gah il yarıma təhvil veriləcəyi deyilir.
Amma ortada heç nə yoxdur. Faktiki olaraq, bizi aldadırlar. Mən şirkətlə müqavilə bağlayanda Nicatlı adlı işçisi yanımızda olub.
Başqa bir adam isə Elşən adlı şəxs idi. İndi onların heç birini tapa bilmirik”, – deyə P.Dadaşova "AAAF” MMC-nin qanunsuzluğa yol verdiyi söyləyir.
Şikayətçinin sözlərinə görə, bina 7 mərtəbəli olmalı imiş: "İndi 17 mərtəbə olacağı deyilir. Amma cəmi 6 mərtəbəsi tikilib. Mən də tələb edirəm ki, ya ev, ya pulum verilsin. Artıq onlara inamım qalmayıb. Pulumu ala bilmirəm ki, başqa yerdən mənzil götürüm. Bu günə kimi kirayələrdə qalmışam”.
P.Dadaşova məhkəməyə də üz tutub: "Mənə oradan səhv etmirəmdə Emin adlı şəxs zəng elədi ki, gəlin, evi verəcəyik.Mən də getdim, saatlarlaonba yığdım,amma telefonu açmadı və bir daha əlaqə qura bilmədim.
İndi də deyirlər ki, gözləyin, bu ev satılanda pulunu sizə verərik. Mən prezidentdən, Mehriban xanımdan kömək istəyirəm ki, bu məsələ ilə bağlı yardım etsinlər”.
“AAAF” MMC-dən vətəndaşa qarşı müdhiş fırıldaq - VİDEO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
16.09.2026, 15:08 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir
07.09.2026, 15:49 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
31.08.2026, 13:28 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
25.08.2026, 12:39 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
"Həzi Aslanov" metrosu yaxınlığında təhvilə yaxın mənzillər
21.08.2026, 17:18 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri: Hansı seçim daha sərfəlidir?
29.07.2026, 17:23 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
İnvestAZ və SİMA İmza əməkdaşlığı sayəsində İnvestaz-da hesablar uzun zamandır tam onlayn açılır
28.07.2026, 17:14 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNDƏN REKORD GÖSTƏRİCİ: 98,10% QƏBUL VƏ 1717 BAKALAVR TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ TƏLƏBƏ QƏBULU !
-
SOSİAL Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb
-
Səhiyyə, İQTİSADİYYAT 2021-ci ildə "Azər-Türk Med"də aparılan plastik əməliyyatla bağlı cinayət işi başlanacaq

























