“AAAF Park”da tikinti normaları belə pozulur - 700-dən çox insanın HƏYATI TƏHLÜKƏDƏ (FOTO+VİDEO)

OXUNUB: 662 Özəl GÜNDƏM HADİSƏ
AAAF Park yaşayış kompleksində yaşayış binalarından birinin alt hissəsi qazılaraq obyekt tikilir.

Bu barədə Manset.az-a bina sakinləri müraciət ediblər. Onlar qeyd ediblər ki, 25 saylı küçədə tikinti normaları pozulur. Bu da binada yaşayan 700 sakinin həyatına təhlükə yaradır. 

Sakinlər məsələ ilə bağlı "AAAF” İnşaat MMC və ərazi üzrə Abşeron rayon İcra hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyevə müraciət etsələr də heç bir tədbir görülmür.

Qeyd edək ki, AAAF Park yaşayış kompleksində bu üsulla bir neçə obyektin tikintisi aparılır.
 

RƏYLƏR