ABŞ bu ştatlarında “TikTok”u qadağan etdi

OXUNUB: 121 Özəl DÜNYA
ABŞ-ın İndiana, Nyu-Cersi və Ohayo ştatlarında hökumətə məxsus cihazlardan Çin əsaslı sosial media tətbiqi "TikTok"a daxil olmaq qadağan edildi. 

7NEWS.az xəbər verir ki, Çində fəaliyyət göstərən sosial media tətbiqi "TikTok” ABŞ-ın İndiana, Nyu-Cersi və Ohayo ştatlarında qadağan edilib. Nyu Cersi ştatının qubernatoru Fil Merfi Çinin "ByteDance” şirkətinin "TikTok” tətbiqinə rəsmi qurumlara məxsus cihazlardan daxil olmağın qadağan edildiyini açıqlayıb. 

İndiana Texnologiya Departamentinin sözçüsü Qreq Lubsen mətbuata verdiyi açıqlamada qadağanı açıqladı. Lubsen dövlət sistemlərinin daim yoxlanıldığını və dövlətə məxsus cihazlarda "TikTok"un bloklandığını bildirib. 

7NEWS.az

RƏYLƏR