ABŞ-da çovğun nəticəsində 3 nəfər həyatını itirdi

OXUNUB: 302 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında çovğun olub. Nyu Yorkun şimal və qərb bölgələrində təsirli olan "göl təsirli qar fırtınası" səbəbiylə 3 nəfər həyatını itirib. Səlahiyyətlilər, Buffalo şəhərində 2 nəfərin qar kürəyərkən infarkt keçirdiyini, İndiana ştatının Hamlet qəsəbəsində qartəmizləyən sürücü olan bir şəxsin isə qəza nəticəsində öldüyünü bildirib. Milli Hava Xidmətinin meteoroloqu Zak Taylor verdiyi açıqlamada qarın qalınlığının Eri gölü yaxınlığındakı ərazilərdə 38 santimetrə, Ontario gölü yaxınlığındakı ərazilərdə isə 61 santimetrə çata biləcəyini bildirib.

7NEWS.az

RƏYLƏR