ABŞ-da kiçik təyyarə elektrik dirəyinə ilişib: 2 nəfər YARALANIB

OXUNUB: 239 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində kiçik təyyarə elektrik verilişi xəttinə çırpılıb. Qəzadan sonra hadisə yerinə gələn Montqomeri Dairəsi Yanğın və Xilasetmə Xidməti, təxminən 30 metr hündürlükdə asılı vəziyyətdə olan təyyarədə olan 65 yaşlı pilot Patrik Merkle və 66 yaşlı sərnişin Jan Uilyamsla əlaqə saxlayıb. Yerli vaxtla saat 17.30-da başlayan və təxminən 6 saat davam edən xilasetmə işlərindən sonra ağır yaralanan pilot və sərnişin xəstəxanaya çatdırılıb.

7NEWS.az

RƏYLƏR