ABŞ-da kriptovalyuta birjası FTX ilə bağlı araşdırma aparılıb

OXUNUB: 288 Özəl DÜNYA

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC), Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) və ABŞ Ədliyyə Departamentinin kriptovalyuta birjası FTX ilə bağlı araşdırmaya başladığı bildirilir.

7NEWS.az xəbər verir ki, ABŞ mətbuatında çıxan xəbərlərdə FTX-nin likvidlik böhranı zamanı müştəri vəsaitlərini necə idarə etdiyini araşdırdığı bildirildi. SEC və CFTC-nin araşdırmalarının FTX-nin likvidlik böhranı ilə əlaqəli olduğu bildirilərkən, SEC-in aylardır FTX-nin kredit fəaliyyətlərini araşdırdığı qeyd edilib.

ABŞ Ədliyyə Nazirliyinin araşdırmasının dələduzluq kimi cinayət pozuntuları ilə bağlı olduğu vurğulanıb.
FTX baş direktoru Sam Bankman-Fried, FTX investorlarına nağd pul mənbəyi tapılmasa, şirkətin iflas üçün müraciət etməli ola biləcəyi barədə xəbərdarlıq edib. Bankman-Fried kriptovalyuta birjasının 8 milyard dollarlıq kəsirlə üzləşdiyini bildirir.

7NEWS.az

RƏYLƏR