ABŞ-ın Nyu-York şəhərində çox saylı etirazlardan sonra "Central Park”da yerləşən həkim Ceymz Marion Simzin abidəsi sökülüb.
İcmal.Az xəbər verir ki, ölkəni bürüyən irqi zəminli etirazlardan sonra Nyu-York meri Bil de Blazio Konfederasiya dövrünə aid heykəllərlə bağlı xüsusi işçi qrup yaradıb.
Qalmaqallı həkimin 1894-cü ildə ucaldılmış heykəlinin, onun məzarının yerləşdiyi xiyabana köçürülməsinə qərar verilib.
Simz 19-cu əsrdə cərrah işləyib və qaradərili qul qadınlar üzərində müxtəlif təcrübələr aparıb. Habelə onun tibbin ginekologiya sahəsinə böyük töhfələr verdiyi bildirilir.
<iframe scrolling="no" frameborder="0" allowtransparency="true" id="undefined" allowfullscreen="true" style="max-width: 100%; position: absolute; visibility: visible; display: block; width: 590px; height: 331.875px; padding: 0px; border-width: initial; border-style: none; top: 0px; bottom: 0px;"></iframe>
İcmal.Az