ABŞ-da şahzadə Salmanın Kaşıkçı cinayətinə görə məsuliyyət daşıması ilə bağlı iddiası rədd edildi

OXUNUB: 195 Özəl DÜNYA
ABŞ-da federal hakim Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın səudiyyəli jurnalist Camal Kaşıkçının ölümünə görə məsuliyyət daşıması üçün açılan iddianı rədd edib.

7NEWS.az xəbər verir ki, Vaşinqton dairəsinin hakimi Con Bates səudiyyəli jurnalist Camal Kaşıkçının nişanlısı Hatice Cengizin iddiasının rədd edildiyini açıqlayıb. Bates, qərarın Bayden administrasiyasının Məhəmməd ibn Salmanın işdən uzaqlaşdırılmasını tələb etməsi və Salmanın "dövlət icra toxunulmazlığına" malik olması səbəbi ilə verildiyini bildirib.

Bayden administrasiyası məhkəməyə məlumat verib ki, Cengizin 18 noyabrda açdığı iddiada Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanın toxunulmazlığı var.

7NEWS.az

RƏYLƏR