ABŞ-da yanğınsöndürən helikopter qəzaya uğrayıb

OXUNUB: 294 Özəl DÜNYA
ABŞ-ın Aydaho ştatında 2 pilotun olduğu yanğınsöndürmə helikopterinin qəzaya uğradığı bildirilib.

7NEWS.az xəbər verir ki, ABŞ-ın Aydaho ştatının Salmon şəhəri yaxınlığındakı ərazidə yanğınsöndürmə işlərinə qatılan helikopterin çaya düşdüyü bildirilib. ROTAK helikopter şirkətindən verilən açıqlamada 2 pilotla CH-47D Chinook tipli helikopterin yerini müəyyən etmək üçün hadisə yerinə axtarış-xilasetmə dəstələrinin göndərildiyi bildirilib. Pilotların sağlamlıq vəziyyəti hələlik məlum olmasa da, helikopter şirkəti məlumatın təsdiqindən sonra açıqlama veriləcəyini qeyd edib.

7NEWS.az

RƏYLƏR