ABŞ-da keçmiş prezident Riçard Niksonun 1973-cü ildə Çilidəki çevrilişlə bağlı məlumatlandırıldığı barədə kəşfiyyat hesabatları dərc edilib.
7NEWS.az xəbər verir ki, ABŞ Dövlət Departamenti 11 sentyabr 1973-cü ildə Çilinin keçmiş prezidenti Salvador Allendeyə qarşı çevrilişin 50-ci ildönümünə az qalmış kəşfiyyat sənədlərini açıqlayıb. 1973-cü ilin sentyabrına aid iki sənəddə Çilidəki çevrilişlə bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Niksonla gündəlik görüşlərinin bir hissəsi var.
8 sentyabr tarixli sənədə əsasən, Niksona Çilidə "erkən hərbi çevriliş cəhdi” barədə məlumat verildiyi, lakin o zaman koordinasiyalı çevriliş cəhdi ilə bağlı hələlik heç bir dəlil olmadığı bildirilir.
7NEWS.az