ABŞ İranın neft-kimya ticarətinə qarşı yeni sanksiya tətbiq edəcək

OXUNUB: 226 Özəl DÜNYA
ABŞ administrasiyası İranın neft və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyaya satışı ilə məşğul olan 8 şirkəti sanksiyalar siyahısına əlavə edib.

7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada, sanksiyaların İranın neft və neft-kimya ticarətini asanlaşdıranları hədəf aldığı qeyd edilib. Açıqlamada, İranın yüz milyonlarla dollar dəyərində neft və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyada son istifadəçilərə satışı ilə məşğul olan şirkətlər şəbəkəsinə qarşı sanksiyaların tətbiq edildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR