ABŞ İŞİD lideri Əbu əl-Həsən əl-Haşiminin ölümünü təsdiqləyib

OXUNUB: 288 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ terror təşkilatı İŞİD lideri Əbu əl-Həsən əl-Haşiminin öldürüldüyünü təsdiqləyib. CENTCOM-un sözçüsü polkovnik Co Buccino verdiyi yazılı açıqlamada, "Oktyabrın ortalarında Əbu əl-Həsən əl-Haşiminin ölümü İŞİD-ə daha bir zərbə vurdu. Bu əməliyyat Azad Suriya Ordusu (Suriya Milli Ordusu) tərəfindən həyata keçirilib. İŞİD-in bölgə üçün təhdid olmağa davam etdiyini qeyd edən Buccino, CENTCOM və tərəfdaşlarımızın İŞİD-in daimi məğlubiyyətinə fokuslandığını bildirib. Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi verdiyi açıqlamada, "İŞİD-in başqa bir liderinin artıq yer üzündə gəzə bilməyəcəyini elan etməkdən məmnunuq" dedi. 

7NEWS.az

RƏYLƏR