ABŞ Senatı İsveç və Finlandiyanın NATO-ya üzvlüyü haqqında protokolu təsdiq edib. Beləliklə, ABŞ İsveç və Finlandiyanın üzvlüyünü rəsmi olaraq təsdiq edən 23-cü NATO ölkəsi oldu.
7NEWS.az xəbər verir ki, İsveç və Finlandiyanın NATO üzvlüyünün qəbulu ilə bağlı protokol ABŞ Senatı tərəfindən 95 əleyhinə 1 səslə təsdiq edilib. Beləliklə, protokolun qəbulu üçün tələb olunan ən azı üçdə iki səs çoxluğu aydın fərqlə əldə edilib.
7NEWS.az