ABŞ-lı qız sahildə Meqalodon köpək balığının dişini tapıb

OXUNUB: 175 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Molly Sampson dekabrın 25-də Merilend ştatının Kalvert çimərliyində ailəsi ilə birlikdə həvəskar fosil ov edərkən nəsli kəsilməkdə olan nəhəng köpəkbalığı Meqalodonun dişini tapıb. Qədim yunan dilində "böyük diş” mənasını verən və qısaca "Meq” adlandırılan meqalodonlar təxminən 3,5 milyon il əvvəl Sakit və Atlantik Okeanlarında yaşamış ən böyük dəniz canlılarından biri hesab edilir. 9 yaşlı Mollinin anası kiçik qızın kəşfini elan edərək, "Molli dişinin ölçüsünə baxın, bunu indicə tapdı" dedi. Molly və ailəsi tapdıqları fosil dişi yerli dəniz muzeyi mütəxəssislərinə apardılar və onlar dişin Meqalodona aid olduğunu bildirdilər.

7NEWS.az

RƏYLƏR