ABŞ-Meksika sərhəddində konteynerlərdən divar tikildi

OXUNUB: 231 Özəl DÜNYA
ABŞ-ın Arizona ştatı Meksika ilə sərhəddə konteynerlərdən divar hörüb. Ştat qubernatoru divarın sökülməsinə səbəb kimi narkotik ticarəti ilə mübarizəni göstərib.

7NEWS.az xəbər verir ki, Meksikanın Sonora ştatı ilə ABŞ-ın Arizona ştatı arasında konteynerlərdən ibarət divar tikilib. Arizona qubernatoru, respublikaçı Daq Duseyin əmri ilə tikilən divarın uzunluğu 1,6 kilometr, hündürlüyü isə 6,71 metrdir.
Qubernator Ducey 6 milyon dollara başa gələn divarın tikintisinə səbəb kimi maliyyə problemlərinə görə narkotik qaçaqmalçılarına qarşı mübarizədə qeyri-kafi olmalarını göstərib. Baş ofisi Arizona ştatının Tucson şəhərində yerləşən Sky Island Alliance adlı qeyri-hökumət təşkilatı divarın vəhşi təbiətə dəyəcəyini bildirib.

7NEWS.az

RƏYLƏR