ABŞ Oman körfəzində dayandırdığı gəmidə tonlarla partlayıcı tapıb

OXUNUB: 278 Özəl DÜNYA

ABŞ Oman körfəzində dayandırılan balıqçı gəmisində 50 ton partlayıcı maddə və bir neçə qanunsuz silah ələ keçirib.

7NEWS.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən yazılı açıqlamada, dekabrın 1-də Oman körfəzində balıqçı gəmisinin dayandırıldığı bildirilib. Qayığın İran-Yəmən xəttində dayandırıldığına diqqət çəkilərək, qayıqda 50 ton sursat mərmisi, raket və raket avadanlığının olduğu bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanı Bred Kuper açıqlamasında "Bu, İranın ölümcül silah qaçaqmalçılığının və regionda sabitliyi pozmasının mühüm göstəricisidir” deyib.

7NEWS.az

RƏYLƏR