ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Şimali Koreya ilə müharibə Donald Tramp adiministrasiyasının fəaliyyət variantlarından biri olaraq qalır.
İcmal.Az xəbər verir ki, bununla bağlı CBS telekanalı məlumat yayıb.
O bildirib ki, hazırkı administrasiya ABŞ təhdid olunduğu zaman müharibənin ola biləcəyini Şimali Koreyaya göstərib.
"Heç kim müharibə istəmir. Prezidentlər də, mən də... Ancaq bu, mümkün variantlardan biridir”, - Heyli əlavə edib.
İcmal.Az