ABŞ Varşavaya 116 Abrams tankının satışını təsdiqlədi

OXUNUB: 360 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşanın Müdafiə naziri Blaşçak bildirib ki, ABŞ rəsmiləri ölkə ordusuna 116 Abrams tankının əlavə edilməsinə icazə verib.

Polşanın müdafiə naziri Mariuş Blaşçak "Twitter” hesabından verdiyi açıqlamada, Polşa Silahlı Qüvvələrinin zirehli potensialının artırılması istiqamətində bir addımın daha geridə qaldığını bildirib.

Güclü ordunun vacibliyini vurğulayan Blaşçak, "ABŞ səlahiyyətliləri 116 Abrams tankının satışını təsdiqlədi. Qiymət danışıqlarını davam etdiririk. İlk tədarüklər 2023-cü ildə mümkündür" dedi.

7NEWS.az

RƏYLƏR