ABŞ və Çin müdafiə nazirləri Kambocada görüşüblər

OXUNUB: 214 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Austin və Çinin müdafiə naziri general Vey Finghi Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) geniş müdafiə nazirləri toplantısı üçün olduqları Kambocanın Siem Reap şəhərində görüşüblər. Görüş iyun ayında Sinqapurda keçirilən Şanqri-La Dialoq müdafiə forumunun kənarlarında görüşdən sonra iki nazirin bu il ikinci təkbətək görüşü olub. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Ryder görüşlə bağlı verdiyi açıqlamada, Ostinin həmkarına Çin Xalq Azadlıq Ordusuna (ÇXR) aid hərbi maşınların Hind-Sakit okean bölgəsində "artan təhlükəli hərəkətləri" ilə bağlı narahatlığını ifadə etdiyini bildirib.

7NEWS.az

RƏYLƏR