ABŞ və Çin xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

OXUNUB: 318 Özəl DÜNYA
ABŞ dövlət katibi Entoni Blinken Çin Dövlət Şurasının üzvü və Xarici İşlər naziri Vanq Yi ilə telefonla danışıb.

7NEWS.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Blinken və Vanqın iki ölkə arasındakı əlaqələri müzakirə etdiyi bildirilib.
"Nazir iki ölkə arasında kommunikasiya xətlərinin açıq saxlanılmasının və ABŞ-Çin münasibətlərinin məsuliyyətlə idarə olunmasının zəruriliyini müzakirə edib. Nazir Rusiyanın Ukraynaya qarşı müharibəsini, onun qlobal təhlükəsizlik və iqtisadi sabitliyə təhdidlərini gündəmə gətirib", - məlumatda deyilir.

7NEWS.az

RƏYLƏR