Ağdamda dəhşət: 36 YAŞLI QADIN AMANSIZCASINA ÖLDÜRÜLDÜ

OXUNUB: 544 GÜNDƏM Özəl HADİSƏ
Ağdam rayon prokurorluğundan 7NEWS.az-a verilən məlumata görə dekabrın 21-i saat 03 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub. 
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

RƏYLƏR