Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR

OXUNUB: 0 GÜNDƏM Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, Kür çayının Mingəçevirdən keçən hissəsində, insanların əyləndiyi bulvar ərazisində fəaliyyət göstərən katerlər yenə insanların ictimai narazılığına səbəb olub. Köhnə, "əldəqayırma" matorlardan çıxan zəhərli qaz havanı çirkləndirir, eyni zamanda, katerdən istifadə edən vətəndaşların həyatını təhlükəyə atır. 

Son 3 ildə bir neçə dəfə bu kimi katerlərin həm toqquşması, həm aşması, həm də sıradan çıxması insanların ağır xəsarət almalarına səbəb olmuşdur. 

Sözügedən videodan da aydın gprünür ki, katerin matoru sıradan çıxıb, digər "əldəqayırma" gəmi isə onu sahilə çıxarmağa çalışır. 

Məsələ dəfələrlə ictimailəşsə də, aidiyyati qurumlar susmaqda davam edir. Mövzunu gündəmdə saxlayacağıq.
 
 
 
 
 
7News.Az

RƏYLƏR