Ağdaşda 5 nəfər saxlanıldı: NARKOTİKƏ GÖRƏ

OXUNUB: 570 GÜNDƏM Özəl HADİSƏ

7NEWS.az xəbər verir ki  Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb. Polis əməkdaşları tərəfindən son iki gündə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Radik Hacıyev saxlanılıb. Onun üzərinə, eləcə də yaşadığı ünvana baxış keçirilərkən ümumilikdə 1 kiloqram 400 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Keçirilən digər əməliyyatlar nəticəsində isə daha 4 nəfər rayon sakini – Rəşad İsmayılov, Nicat Məmmədov, Murad Səlimov və Taleh Əzizov tutularaq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 1 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətləri törətdikləri üçün məhkum olunmuş şəxslərdir.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

RƏYLƏR