“Adidas” reper Kanye West ilə əməkdaşlığa son qoyub

OXUNUB: 1794 Özəl İDMAN DÜNYA
Baş ofisi Almaniyada yerləşən idman markası "Adidas” dünyaca məşhur reper, prodüser və modelyer Kanye Westin "antisemit" sözlərindən sonra tərəfdaşlığını bitirdiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, "Adidas” tərəfindən edilən açıqlamada şirkətin "antisemitizmə və hər cür nifrət nitqinə" dözə bilməyəcəyi bildirilib. Kanye Westin son qiymətləndirmələrinin qəbuledilməz olduğunu və "Adidas”ın "müxtəliflik və əhatəlilik" dəyərlərinə zidd olduğunu vurğulayan açıqlamada, "hərtərəfli qiymətləndirmədən sonra şirkət Kanye West ilə tərəfdaşlığını dərhal dayandıracaq”, deyə bildirilib.

7NEWS.az

RƏYLƏR