Fransalı futbolçu Kərim Benzema millidəki karyerasını başa vurduğunu açıqladı

OXUNUB: 3808 Özəl İDMAN DÜNYA

7NEWS.az xəbər verir ki, Fransa milli komandasının dünya çempionatının finalında Argentinaya uduzmasından bir gün sonra göndərdiyi mesajda Fransa millisinin hücumçusu Kərim Benzema karyerasını Fransa millisində bitirdiyini açıqlayıb. 

Benzema "Bu gün olduğum yerdə olmağa çalışdım, səhvlər etdim və bununla fəxr edirəm. Öz hekayəmi yazdım və hekayəmiz sona çatmaq üzrədir" dedi. 

Bazar ertəsi günü 35 yaşı tamam olacaq 2022-ci il "Qızıl top" mükafatının sahibi Benzema "Twitter” hesabında paylaşdığı mesaja Fransa yığmasının forması ilə çəkilmiş şəklini əlavə edib. 

7NEWS.az

RƏYLƏR