Aİ ölkələri benzin və dizellə işləyən avtomobillərin qadağan edilməsini təsdiqlədi

OXUNUB: 174 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri 2035-ci ildən benzin və dizel mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi təşəbbüsünü təsdiqləyib.
Avropa Şurası üzv dövlətlərin 2035-ci ilə qədər avtomobillər və yüngül kommersiya avtomobilləri üçün ciddi karbon emissiyası standartlarını tətbiq edəcək qanunu təsdiqlədiyini açıqlayıb.

Qanuna görə, avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını sıfırlayacaqlar. Belə ki, qeyd olunan tarixdən etibarən benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli, karbon emissiyasına malik yeni avtomobillər Aİ ölkələrində satıla bilməyəcək.
Bundan əlavə, 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfi avtomobillər üçün 55 faiz, yük maşınları üçün isə 50 faiz olacaq.

7NEWS.az

RƏYLƏR