Aİ ölkələri Rusiyanı birgə təbii qaz alışından kənarlaşdırmağa razılaşıb

OXUNUB: 264 Özəl DÜNYA

Avropa İttifaqı ölkələrinin energetika nazirləri Rusiya qazını birgə alqı-satqı müqavilələrindən çıxarmaq qərarına gəliblər.

7NEWS.az xəbər verir ki, Brüsseldə keçirilən qeyri-rəsmi görüşdə Avropa İttifaqı ölkələri 2023-cü ildə birgə satınalma mexanizmi çərçivəsində ən azı 13 milyard 500 milyon kubmetr təbii qaz və ya ehtiyatların doldurulması üçün tələb olunan təbii qazın 15 faizini almağa razılaşıblar.

İclasdan sonra dərc edilən sənəddə "Üzv ölkələr Rusiya qazının müştərək satınalmalardan çıxarılacağını vurğuladılar” deyilir.

Birgə satınalma mexanizmi Avropa qaz şirkətlərinin öz ehtiyaclarını bildirməsini, Avropa İttifaqı administrasiyası isə lazımi hesablamaları aparacaq və təchizatçı tapacaq vasitəçi işə götürməsini nəzərdə tutur.

7NEWS.az

RƏYLƏR