“Airbus” bu səbəbdən 15,9 milyon avro cərimə ÖDƏYƏCƏK

OXUNUB: 300 Özəl DÜNYA
Fransada yerləşən təyyarə istehsalçısı "Airbus”, rüşvət və korrupsiya araşdırmalarının təqibə çevrilməməsi üçün 16 milyon avroya yaxın cərimə ödəməyə razılaşıb.

7NEWS.az xəbər verir ki, Paris Ədalət Məhkəməsi "Airbus”un, xüsusən 2006-cı ildə Liviya və Qazaxıstana təyyarə və ya helikopter kimi müxtəlif avadanlıqların satışı ilə bağlı rüşvətxorluqda ittiham olunduğu təhqiqatları bağlamaq üçün Milli Maliyyə Prokurorluğu (PNF) ilə razılaşdığını təsdiqlədi. 

"Airbus” araşdırmaları dayandırmaq və təqib etməmək üçün 15,9 milyon avro cərimə ödəməyə razılaşıb.


RƏYLƏR