“AKKORD” zəbt etdiyi evə görə ödənişdən yayınır: ZAKİR QARALOVUN SİYASİ TƏXRİBATI DAVAM EDİR

OXUNUB: 1279 index-manşet Önəmli Özəl

7NEWS.az xəbər verir ki, bu sözləri "Kanal13”ün rəhbəri Əziz Orucov saytımıza baş verən biabırçı olayla bağlı son durumu dəyərləndirərkən deyib: "Bilirsiniz ki, bizə məxsus olan və yaşadığım Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan mənzili "AKKORD” rəsmiləri dəmir alətlə qıraraq kilidi dəyişmiş və qanunsuz olaraq zəbt etmişlər.Bu cinayəti və özbaşınalığı onlar karantinin ən sərt dönəmində, eyni zamanda, bizim mənzildə olmamağımızdan istifadə edərək etmişdilər. Şirkət rəsmiləri məni görüşə dəvət etdilər və dedilər ki, mənə dəymiş ziyan ödəniləcəkdir. Lakin danışılan vaxt bitsə də, ortada heç bir ödəniş yoxdur. Bu razılaşmadan sonra mən mənəvi təzminat davası da açdırmadım. Görünən odur ki, bu addımı da atacam. "AKKORD” mənə dəymiş həm maddi, həm də mənəvi zərərin cavabını verəcəkdir. Görünən odur ki, Zakir Qaralov siyasi təxribatı davam etdirməkdə israrlıdır. Burada başqa məntiq axtarmıram. Belə olmasaydı, niyə onlar üçün cuzi olan bu məbləğ bu günə qədər ödənməyib?”

Məlumat üçün qeyd edək ki, "AKKORD” şirkətinin əməkdaşları siyasi sifarişə uyğun olaraq, Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan, tənqidçi jurnalist Anar Orucova məxsus mənzili dəmir alətlə qıraraq kilidi dəyişmiş və mənzili qanunsuz olaraq zəbt etmişdilər. Hadisə ilə bağlı həmin ünvanda qeydiyyatda olan və yaşayan Əziz Orucov saytımıza danışaraq baş verənləri təsdiq edib və bunun sırfZakir Qaralovtərəfindən siyasi sifariş olduğunu deyib. Əziz Orucov baş redaktorun pandemiya dövründə evinin vəhşicəsinə zəbt edilməsini Prezidentin gördüyü işlərə kölgə salmaq və ölkəmizin beynəlxalq aləmdəki imicinə zərbə vurulması məqsədi ilə edildiyini deyib: "Qardaşım Anar Orucov 2007-ci ilin 8-ci ayında "Akkord” Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-dən ümumi dəyəri 27.000 manat olan mənzili kreditlə alır. 20 illik kredit dönəmində mənzilin ümumi dəyərinin əsaslı hissəsi ödənilir, daha doğrusu 21.560 manat vəsait şirkətin hesabına köçürülüb. Bu illər ərzində isə həmin mənzildə mən yaşamışam, təmir elətdirmişəm, rəsmi şəkildə bu ünvana qeydiyyata düşmüşəm. Qeydiyyatı isə "Akkord” şirkətinin özü təsdiqləyib...(ƏTRAFLI BU YAZIDA)

Sözügedən yazılara "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən cavab verilib. Şirkətin Baş içraçı direktoru Bürhan Həmidov tərəfindən Qaynarinfo-ya daxil olan təkzib məktubunda jurnalist Anar Orucovun "Akkord"un Sumqayıt şosesi 7-ci km.-də yerləşən "Gənclər şəhərciyi"ndəki mənzilinin əlindən alındığı faktı təsdiqlənir, amma bunun qanuni olduğu bildirilir. Yazıda əsas vurğu məhkəmə qərarındakı ziddiyyətlər üzərində idi. Belə ki, qərarda nə müqavilə nömrəsi, nə də mənzilin kvadratı, nə də otaq sayı düz göstərilməmişdi. Belə anlaşılırdı ki, məhkəmə əslində A.Orucova aid olmayan mənzil haqqında qərar qəbul edib və bunu icra edib. Şirkət rəsmisi bu məqama yalnız bir cümlə ilə cavab verib: "Məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsindəki nömrə və sahə fərqində texniki yanlışlıq olub". Həmçinin şirkət cavab məktubunda jurnalistin evinin əlindən alınaraq başqa şəxsə əvəzsiz verildiyini bildirir. Şirkət A.Orucovun bura qədər ödədiyi 21556.60 manat məbləğin də taleyinə aydınlıq gətirməyib. (ƏTRAFLI BU YAZIDA)

Əziz Orucov qardaşı Anar Orucovun adına alınmış olan və ailəsi ilə birgə yaşadığı mənzil haqqında "AKKORD” Şirkətin Baş içraçı direktoru Bürhan Həmidov tərəfindən verilən açıqlamanı AĞ YALAN adlandırdı: "Anar Orucuv 2014-cü ildən Azərbaycanı tərk edib və Almaniyada yaşayır. Anar getdikdən sonra isə 2016-cı ilədək krediti hər dəfə, şəxsən mən ödəmişəm. Sonradan kredit ödənişini etmək istərkən Azərbaycan Beynəlxalq Bankına getdikdə orada hesab nömrəmizin ləğv edildiyi bildirildi. Bu məsələyə bank tərəfindən hec bir aydınlıq gətirilmədi və "Akkord” tərəfindən bu hesabın ləğv edildiyi deyildi. Hətta, mənim adı çəkilən şirkətin hüquqşunası Araz müəllim ilə olan danışığımıza əsasən şirkətin hesabina 1600 azn pul da əlavə olaraq kecirmişəm. Çox maraqlıdır, Anar ölkədə olmadığı halda "Akkord” şirkəti ona şifahi və yazılı xəbərdarlıq necə edib? Və, xəbərdarlıq edilibsə, kim və hansı formada edib? (ƏTRAFLI BU YAZIDA)

Tanınmış vəkil Bəhruz Bayramov məsələyə hüquqi baxımdan tam qiymət verərək "Akkord”Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-nin özbaşına, qanunazidd addımlarını faktlarla sübut edib. Bəhruz Bayramov qeyd edib: "Bu addım qanunsuz və özbaşına edilib. Məhkəmə qərarında tamam başqa mənzil göstərilib. Bundan başqa qanunsuz olaraq qapını qırıb, içəri giriblər. Burada mülkiyyətçinin əmlakı var, qiymətli əşyaları var. Hələ nəzərə alaq ki, bütün bunlar karantin dönəmində baş verir. Bu dəhşətdir. (ƏTRAFLI BU YAZIDA)

Mövzunu davam etdirəcəyik.

7NEWS.az

 

 

 

 




RƏYLƏR