Ali Məhkəmə Trampın tələbini rədd etdi: “Vergi qeydlərini təhvil verəcək”

OXUNUB: 193 Özəl DÜNYA
Vergi əməliyyatlarının qanuniliyi ilə bağlı aparılan araşdırmada Konqres komitəsinin vergi qeydlərinə daxil olmasına mane olmağa çalışan Tramp Ali Məhkəmədən rədd cavabı alıb.

7NEWS.az xəbər verir ki, ABŞ Ali Məhkəməsi keçmiş prezident Donald Trampın namizədliyini elan etdikdən sonra "vergi qeydlərinin Konqresin xüsusi komitəsinə verilməsini” əngəlləmək tələbini rədd edib. Məhkəmənin qərarı o deməkdir ki, ABŞ Xəzinədarlıq Departamenti Tramp və onun bəzi şirkətlərinin altı illik vergi qeydlərini tez bir zamanda ABŞ-da vergi prosedurlarını xüsusi olaraq müəyyən edən Nümayəndələr Palatasının Xüsusi Komitəsinə təhvil verə bilər.

Oktyabrın 31-də Ali Məhkəməyə təcili müraciətində Tramp Nümayəndələr Palatasının Apellyasiya Məhkəməsinin Xüsusi Komitəsinin vergi qeydlərinə giriş qərarını dayandırmasını tələb edib.

7NEWS.az

RƏYLƏR