Almaniyada bıçaqla hücuma məruz qalan 14 yaşlı türk uşaq ölüb

OXUNUB: 171 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, dünən səhər Baden-Vürtemberq əyalətinin İllerkirxberq şəhərində məktəbə gedərkən 13 və 14 yaşlı iki qıza bıçaqla hücum edilib. Polisdən verilən açıqlamada hücumdan sonra hər iki qızın yaralı olaraq xəstəxanaya aparıldığı, 14 yaşlı Ece Sarıgülün həyatını itirdiyi bildirilib. Bildirilib ki, xəsarət alan 13 yaşlı Nerea M.-nin müalicəsi davam edir. Hücumdan sonra şübhəlinin yaxınlıqdakı qaçqınlar mərkəzinə qaçdığı, aralarında 27 yaşlı təcavüzkar şübhəlinin də olduğu 3 nəfərin polis tərəfindən nəzarətə alındığı bildirilib. Hücumun səbəbi hələlik məlum olmasa da, hücum edən şübhəlinin Eritreya əsilli olduğu bildirilib. Şübhəlinin bıçaqla özünə xəsarət yetirdiyi və xəstəxanaya aparıldığı bildirilir. 

7NEWS.az

RƏYLƏR