Almaniyada peyvəndin etibarlılıq müddəti üç aya endirilib

OXUNUB: 359 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Almaniya hökumətinin qanun layihəsində "təzə peyvənd” anlayışı diqqət çəkib. Oktyabr ayında qüvvəyə minməsi nəzərdə tutulan qanunda məhdudiyyətlərdən yararlana bilmək üçün son dozadan 3 ay keçməmiş olmalıdır.
Almaniyada koronavirus yoluxması yüksəlişə keçsə də hökumət payızda mümkün təhlükələrə qarşı qanunvericilik işini başa çatdırıb. Sentyabrın 30-da müddəti başa çatacaq "Epidemiyadan qorunma haqqında” qanunu əvəz edəcək əsasnamə Ədliyyə və Səhiyyə nazirlikləri arasında uzun sürən danışıqların nəticəsi olaraq bu gün ictimaiyyətə təqdim edilib.

7NEWS.az

RƏYLƏR