“Amazon” 1 trilyon dollar itirən ilk ictimai şirkət oldu

OXUNUB: 299 Özəl DÜNYA

"Amazon” texnologiya satışlarının azalması ilə bazar dəyərini 1 trilyon dollara endirən ilk açıq şirkət kimi tarixə düşdü.

7NEWS.az xəbər verir ki, "Amazon” texnoloji səhmlərin ucuzlaşması nəticəsində bazar dəyərini 1 trilyon dollar itirən ilk açıq şirkət olub. Demək olar ki, "Google”un ana şirkəti "Alphabet” öz bazar dəyərini itirdi və bu, hazırda təxminən 1,13 trilyon dollardır.

Dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan "Amazon”un səhmlərinin qiyməti çərşənbə günü 4,3 faiz azalaraq 86,14 dollara düşüb və bazar dəyərini təxminən 879 milyard dollara çatdırıb.

7NEWS.az

RƏYLƏR