AMEA-nın Yüksək Texnologiyalar Parkında nə baş verir? - Rezident texnoparkı məhkəməyə verdi

OXUNUB: 699 GÜNDƏM HADİSƏ SOSİAL
"Troniq” MMC "AMEA Yüksək Texnologiyalar Parkı” MMC-ni məhkəməyə verib. 

7News.Az xəbər verir ki, şirkətin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə məlumat yoxdur. 

"Troniq” MMC 23 avqust 2021-ci ildə yaradılıb. Nizamnamə kapitalı 30 AZN-dir. Şirkətin qanuni təmsilçisi Rəsulzadə Müşfiq İsbəndiyar oğludur. 
Şirkət Yüksək Texnologiyalar Parkına qəbul olunmuş inkubator-rezidentlərdən biridir. 

"Troniq” MMC-nin baş direktoru Anar Nəbiyevin AMEA-nın veb-səhifəsində yerləşdirilən müsahibəsindən aydın olur ki, şirkətin əsas fəaliyyət istiqamətlərinə qurğu və cihazların əsasını təşkil edən və onların hərəkətə gətirilməsində mühüm rol oynayan plataların istehsalı və onlar üçün süni intellekt əsaslı proqram təminatının yazılması, istənilən mürəkkəblik səviyyəsində informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və müşayiət edilməsi, süni intellekt sistemləri vasitəsilə mürəkkəb sistemlərin qurulması, müəssisələrin idarəetmə sistemi və milli proqram təminatının qurulması daxildir.

"Troniq” MMC-nin qanuni təmsilçisi Müşfiq Rəsulzadə Yüksək Texnologiyalar Parkının baş direktorunun müşaviri vəzifəsində çalışır.  Bu isə şirkətin elə AMEA tərəfindən təsis edildiyinə şübhələri artırır. Şirkətin yarandığı dövrdə AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib. 

Ehtimal etmək olaq ki, Ramiz Mehdiyevin istefasından sonra Yüksək Texnologiyalar Parkı şirkətlə əməkdaşlığa son verib və görülən işlərlə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina edib. Bu baxımdan, "Troniq” MMC məhkəməyə müraciət etməli olub. 

RƏYLƏR