Bakının ən bahalı piyada keçidində deşik açıldı - Diqqətli olun - FOTOLAR

OXUNUB: 518 GÜNDƏM HADİSƏ SOSİAL
Bakının ən bahalı piyada keçidində təhlükəli vəziyyət yaranıb. Bununla bağlı görüntüləri sosial şəbəkələrdə jurnalist Elşad Paşasoy paylaşıb. O bildirib ki, keçidin düz ortasında dəlik açılıb və üzərinə taxta qoyulsa da, dəliyin üstü açıq qalıb. Nəticədə azca diqqətsizlik edən piyadanın ayağı dəliyə düşə bilər.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin keçidi bir neçə ildir istifadəyə verib. Keçidin tikintisinə yüz minlərlə manat pul xərclənib. Ancaq bəzən lift işləmədiyi üçün, bəzən də piyadalar səhkənkar davranaraq keçiddən istifadə etmirlər./Avtosfer.az

Fotoları təqdim edirik:
 undefined

undefined
undefined
 

RƏYLƏR