“Apple” CEO-su ilə görüşən Musk: “Twitter” “App Store”dan silinməyəcək

OXUNUB: 1655 Texnologiya Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, "Twitter”in yeni sahibi Elon Musk "Apple” şirkətinin baş direktoru Tim Cook ilə şirkətin baş ofisində görüş keçirib. Görüşdə Elon Musk "Twitter”in "App Store”dan çıxarılması ilə bağlı anlaşılmazlığın aradan qaldırıldığını bildirib.

Ötən həftələrdə sosial media platforması "Twitter”i satın alaraq köklü dəyişikliklərə məruz qalan "Tesla” və "SpaceX” CEO-su Elon Musk Apple şirkətinin baş direktoru Tim Cook tərəfindən "Apple” mərkəzinə dəvət olunub.
Musk, "Apple”ın keçən həftə reklamı qəfil dayandırdığını bildirərək şirkətə reaksiya verdi və həmçinin "Apple”ın tətbiqdaxili satınalmalarda 30 faiz komissiya aldığını qeyd etdi.


RƏYLƏR