Çində etirazlar “Apple”ı vurdu: iPhone Pro 6 milyon ədəd istehsalını itirəcək

OXUNUB: 1459 Texnologiya Özəl DÜNYA
Çinin Zhengzhou şəhərindəki dünyanın ən böyük iPhone istehsal müəssisəsində epidemiya və etirazlar səbəbiylə iPhone Pro-da təxminən 6 milyon istehsal itkisi yaşanacaq.

7NEWS.az xəbər verir ki, Çinin Zhengzhou şəhərində dünyanın ən böyük iPhone istehsal müəssisəsində baş verən epidemiya və etirazlar iPhone Pro istehsalına mənfi təsir göstərib. Bloomberg-in hesabatına görə, mövzuya yaxın mənbə istehsal müəssisəsində qeyri-müəyyənliyin davam etdiyini və istehsal itkilərinin sayının dəyişə biləcəyini bildirib.

Zavodu idarə edən "Foxconn”un şiddətli etirazlardan sonra işçiləri istehsal xətlərinə qaytara bilməyəcəyi istehsal itkisi rəqəmini müəyyən edəcək. Obyektdə Covid-19 karantini yaxın həftələrdə də davam edərsə, istehsal saylarında daha böyük itkilər gözlənilir.

"Foxconn” müəssisəsi "Apple”ın bu il ən çox tələb olunan yeni iPhone 14 Pro modelini istehsal edir. iPhone 14 Pro, iPhone 14 modellərinə azalan tələbi kompensasiya edirdi. "Apple”, istehsal hədəfini 90 milyon ədəddən 87 milyon ədədə endirdi.

7NEWS.az

RƏYLƏR