“Yandex”in üçüncü rübdə gəliri təxminən 50 faiz artıb

OXUNUB: 764 Texnologiya Özəl DÜNYA
Rusiyanın ən məşhur axtarış sistemi "Yandex”in ilin üçüncü rübündə gəlirinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz artaraq 133 milyard rubl təşkil etdiyi bildirilib.

7NEWS.az xəbər verir ki, "Yandex”in verdiyi açıqlamada, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, şirkətin ilin üçüncü rübündəki gəlirinin 46 faiz artaraq 133,2 milyard rubl olduğu bildirilib. Xüsusilə, "Axtarış və Portal” xidmətinin gəliri illik müqayisədə 45 faiz artaraq 60,9 milyard rubla çatıb.
Ötən ilin eyni dövründə şirkətin 1,3 milyard dollar xalis mənfəəti bu il 5 milyard rubl olub.

7NEWS.az

RƏYLƏR